İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti 5 faiz düşdü

12 Mart 2020 08:33
0 Şərh     Baxış: 2 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya bazarlarında "Brent" və "WTI" markalı neftin qiymətləri dəyişdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Brent" markalı neftin may fyuçersləri 5,10 faiz azalaraq 34,21 dollar/barelə bərabər olub.

WTI (West Texas Intermediate) markalı neftin aprel fyuçersləri isə 5,31 faiz ucuzlaşıb və 31,23 dollar/barel təşkil edib.

Martın 11-də dünyanın ən böyük Səudiyyənin "Saudi Aramco" neft şirkəti Krallığın Enerji Nazirliyindən aldığı təlimata əsasən istehsal gücünü 12-dan 13 milyon barelə qədər artıracağını bildirdi.

Abu Dabinin Milli Neft Şirkəti (ADNOC) həmçinin bildirib ki, aprel ayında dünya bazarına gündə 4 milyon barreldən çox neft nəql etməyi artırmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.