İqtisadiyyat

KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir

24 Fevral 2020 15:41
Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz "KOB Evi"ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində startaplar və mikro sahibkarlar üçün növbəti təlim "Biznes planın hazırlanması" mövzusuna həsr olunub.

Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, dörd gün davam edən təlimdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 30-dək startap və mikro sahibkar iştirak edib.

Təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və sair barədə ətraflı məlumat verilib, təlimçilər tərəfindən KOB-ları maraqlandıran suallar cavablandırılıb. Həmçinin KOB-lara təlim çərçivəsində əldə etdikləri bilikləri praktiki tətbiq etmək imkanı yaradılıb. Təlimləri uğurla başa vuran KOB-lara sertifikatlar verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.