Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco" təxminən 56,6 milyard kubmetr ehtiyatı olan Krallığın ən böyük "Cəfur" qaz yatağının kəşfinə başlayacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkət açıqlamasında bildirilib.
Saudi Aramco Direktorlar Şurasının sədri Yasser Otman əl-Rumeyanın sözlərinə görə, "Cəfur" yatağının kəşfi şirkətin qlobal enerji sektorunda mövqeyinin güclənməsinə və dünyanın aparıcı enerji və kimyəvi kompleksinə çevrilməsinə kömək edəcək.
Mətbuat açıqlamasında "Saudi Aramco"nun 2024-cü ildə kəşfə başlayacağı qeyd olunur. Şirkət 2036-cı ilə qədər yataqda qaz hasilatının təqribən 62 milyon kubmetrə çatacağını gözləyir.
Milli.Az