İqtisadiyyat

KOBİA-da Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüş olub

6 Fevral 2020 17:19
Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının idarə heyətinin sədri Teybə Quliyeva və palatanın üzvləri ilə görüşüb.

Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, görüşdə qurumun fəaliyyəti, kiçik və orta sahibkarlara göstərdiyi dəstək tədbirləri, KOB sahəsində xarici təşkilatlarla, o cümlədən agentliyin ötən il Fransa Sahibkarlar Təşkilatı (MEDEF) ilə əməkdaşlığa başladığı barədə məlumat verilib. KOBİA və palata arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin aparıldığı görüşdə qadın və gənc sahibkarların bilik və bacarıqlarının genişləndirilməsi, KOB-ların məşğulluqda rolunun artırılması, maliyyə resurslarına və xarici bazarlara çıxışı, KOB-ların iştirakı ilə birgə forumun təşkili, Fransanın dövlət-özəl tərəfdaşlığı sahəsində uğurlu təcrübəsinin öyrənilməsi perspektiv əməkdaşlıq istiqamətləri kimi qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.