İqtisadiyyat

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

2 Yanvar 2020 21:28
Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik stansiyaları 21,9 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 4,2 faiz artıqdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, göstərilən dövrdə istehsal olunan elektrik enerjisinin 21,1 milyard kilovat-saatı əmtəə hesabına olub, bu isə 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,5 faiz daha çoxdur.

Hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 19,5 milyard kilovat-saatı istilik elektrik stansiyalarının payına düşüb, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 5,6 faiz artıqdır.

Göstərilən dövrdə Azərbaycanın su elektrik stansiyaları 1,46 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər (10,3 faiz azalma).

Hesabat dövründə Azərbaycanda külək enerjisi istehsal edən mənbələr 100 milyon kilovat-saat elektrik enerjisi istehsal edib (bir ilə ikiqat artım), günəş enerjisi istehsal edən mənbələr isə 40,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib (9,4 aiz artım).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.