Bir neçə gün əvvəl uşaq qidaları ilə bağlı səs-küyə səbəb olan məlumat yayıldı. Böyük Britaniya mütəxəssislərin araşdırmasına görə, dünyanın bütün ölkələrində satılan populyar uşaq yeməklərinin tərkibində mərgümüş və digər zəhərli maddələr aşkarlanıb. Həmin qidaları istehsal edən şirkətlər maddələrin insan orqanizmi üçün təhlükəli olmadığını desələr də, ekspertlər bunun tam əksini söyləyirlər. "Organix", "Hipp", "Nestle" və "Holle" uşaq qidaları şübhə altındadır.
İsveçdəki Karolin İnstitutunun metallar və sağlamlığın tədqiqatı bölməsinin alimləri Karin Lyunqun rəhbərliyi ilə araşdırma aparıblar. Onların gəldikləri nəticə budur ki, uşaq qidalarının tərkibində mərgümüşlə yanaşı kadmium, qurğuşun və uran da var. Özü də ən çox mərgümüş düyü əsasında hazırlanmış uşaq qidalarında tapılıb.
Alimlərin hesablamalarına görə, "Organix" uşaq qidasının hər porsiyasının tərkibində 2 mikroqram mərgümüş, 0,03 mikroqram kadmium və 0,09 mikroqram qurğuşun var.
"HiPP" qidasında həmin rəqəmlər 1,7, 0,13 və 0,33-ə bərabərdir.
"Holle"nin hər porsiyasında isə 7,3 mikroqram mərgümüüş, 0,38 qram kadmium və 0,26 mikroqram qurğuşun olub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, vaxtaşırı belə məsələlər ortaya çıxır. Onun sözlərinə görə, birmənalı şəkildə körpə qidaları arzuolunmazdır, körpələr ana südü ilə qidalanmalıdır. E.Hüseynov qeyd etdi ki, körpə qidasından zəhərlənmə hallarına nadir hallarda rast gəlinir. Azərbaycanda son 13 il ərzində cəmi 2 zəhərlənmə qeydə alınıb.
Qidalarda zəhərli maddələrin olmasına gəldikdə, E.Hüseynov hesab edir ki, tərkibində təhlükəli maddələrə, ağır metallar olan qidalar həmin qidanın müəyyən seriya buraxılışına aid ola bilər. Yəni, hansısa istehsal buraxılışında təhlükəli komponent tapılıbsa, bunu həmin qidaların hamısına aid etmək olmaz.
E.Hüseynov deyir ki, "Körpə Uşaqların Qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu"nda göstərilir ki, 3-cü ölkədən ölkəyə uşaq qidasının idxalı qadağan olunur. Qida birbaşa istehsalçı ölkədən idxal olunmalıdır. Bunun isə incə bir səbəbi var. Müxtəlif ölkələrdə ayrı-ayrı elementlərin çatışmazlığı olur.
"Məsələn, Azərbaycanda qidanın tərkibində dəmir elementinin çatışmazlığı var. Bizim əhalinin 70%-dən çoxu dəmir elementinin çatışmazlığından əziyyət çəkir. Konkret olaraq hansısa ölkələr üçün istehsal edilən mallar eksklüziv hazırlanır və həmin çatışmayan komponent ora əlavə olunur. Zəhərli maddələr istisna olmaqla, ağır metallar olan qidalar ekspertizadan keçirilib və məlum olub ki, həmin ölkədə həmin komponentlərin çatışmazlığı var. Bir neçə il öncə, İsraildə körpə qidalarının tərkibində təhlükli maddələr tapıldı. Sonradan məlum oldu ki, həmin məhsul İsrail üçün təhlükəlidir, qidanın istehasal olunduğu ölkə üçün o qədər də təhlükəli deyil" - deyə, E.Hüseynov əlavə etdi.
Azərbaycanın baş pediatrı Nəsib Quliyev Milli.Az-a açıqlamasında bildirdi ki, körpə qidalarının hamısı inək südünün bazasında yaradılır: "Britaniya mütəxəssisləri bu qənaətə necə gəldiklərini deyə bilmərəm, ancaq normal qidaların hamısı inək südündən düzəldilir. İstənilən halda süni qida qarışığı uşaqlar üçün yaddır, onun içərisində yad qarışıq olsa da, olmasa da".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayevin portalımıza verdiyi məlumata görə, son 5 il ərzində uşaq qidalarında heç bir zəhərlənmə halı qeydə alınmayıb. Bununla belə uşaq qidaları ilə bağlı araşdırma aparılır. Ölkəyə daxil olan körpə qidalarına Respublika Sanitariya-Karantin Müfəttişliyi nəzarət edir.
Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəis müavini Cəfər Əhmədov da bildirdi ki, körpə qidalarında zəhərli maddələrin olması kimlərinsə uydurmasıdır. Belə məlumatların əsası yoxdur. Ölkəyə daxl olan körpə qidalarının əksəriyyəti sağlamlıq üçün təhlükəli deyil.
Anar Məmmədov
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda satılan körpə qidaları təhlükəlidirmi?
14 Aprel 2011 12:47
Baxış: 2 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Dövlət hesabına verilən ipoteka kreditlərinin məbləği açıqlandı
-
Xaricdə satılan Azərbaycan məhsulu marketlərdən yığışdırıldı - FOTO
-
Oğuzda küçələri hər il üç qardaşın şərik şirkəti yarım milyona təmir edir
-
Yumurta BAHALAŞDI
-
Avro ucuzlaşdı, rubl bahalaşdı - RƏSMİ
-
Azərbaycan və Türkiyə pərakəndə sektoru arasında əməkdaşlıq protokolu imzalandı - FOTO
XƏBƏR LENTİ
-
Bu siqnallar infarkt əlamətidir: Həkimə gedin!
-
İnternetdən yemək sifariş etməyin - SƏBƏB
-
İki vitaminin istifadəsində diqqət - Ekspertlər xəbərdarlıq edir
-
Namiqdən Vüqara cavab: “Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, əsl aktyordurlar”
-
İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir - VİDEO
-
Bu müddətdə insanlar daha tez qocalır – iki əsas yaş dövrü
-
İslamiada: Güləşçilərimiz daha 3 medal qazandı - YENİLƏNİB - FOTO
-
Yeni ilə qədər serialdan ayrılacaq - FOTO
-
"Qarabağ"ı tərk etməyə qərar verdi
-
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı - VİDEO
-
Toy, yas, sosial media... - Rəqsanənin hər addımı izlənəcək
-
Onlar mənim üçün müəllim deyil - nazir
-
COP30-un keçirildiyi ərazidə yanğın baş verib - FOTO
-
Gitarası oğurlanan şəhid Fəxri - “Ana, əsgər gedirəm” - VİDEO
-
“2030-cu ilə qədər 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq”
-
Kömür kimi qara yumurtalar qızıldan da dəyərlidir: 195 manata satılır - FOTO
-
Günün qoroskopu: Maliyyə baxımından müsbət inkişaf var
-
Radiatorun üzərinə qoyun – rahatlıq və hüzuru həmin an hiss edin
-
"Sinəmdəki silikonu çıxartdıracağam"
-
Üç il ərzində 8 minə yaxın müəllim işdən çıxarılıb - RƏSMİ
-
210 manat maaş alan müəllimlərin sayı açıqlandı
-
Sığınacaqda qalan daha bir yeniyetmənin həyatı təhlükədə
-
Rusiya Xarkovun bir hissəsini nəzarətə götürdü
-
"Mənim heykəlimi qoymalıdırlar"





