“Azpulmat” və “Manato”ya borcu ödəməyənləri nə gözləyir? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə Azərbaycanda bank olmayan kredit təşkilatlarından (BOKT) istifadə edən şəxslərin sayı artıb. Bu cür kreditlər daha sürətli və asan bir şəkildə alınması ilə tanınır. "Azpulmat", "Manato" və digər bu tip təşkilatlar vətəndaşlara kiçik məbləğlərdə və qısamüddətli kreditlər təklif edir. Çox vaxt bəzi şəxslər borc öhdəliklərini düzgün yerinə yetirmirlər. Onlar kreditin qaytarılmasını gecikdirir və ya tamamilə ödəməkdən imtina edirlər.
Bəs BOKT-lara borcunu ödəməyən şəxsi nə gözləyir?
Bununla bağlı iqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatları, kredit ittifaqları ilə banklar arasındakı fərq əsasən onların yaradılmasında tələb olunan nizamnamə kapitalının minimum məbləği ilə müəyyən edilir. Mahiyyət etibarilə onların işləmə mexanizmləri oxşar və bir çox hallarda eynidir:
"Bankların nizamnamə kapitalı mövcud qanunvericiliyə uyğun olaraq 50 000 000 manat olaraq müəyyən edilib. Bank olmayan kredit təşkilatları (BOKT) kommersiya hüquqi şəxs olduqda 300 000 manat, qeyri-kommersiya hüquqi şəxs olduqda isə minimum 30 000 manat nizamnamə kapitalına malik olmalıdır. Kredit ittifaqlarında isə bu məbləğ 4 000 manat təşkil edir. Bu qurumların əsas funksiyası kredit verməkdir və onların əsas müştəriləri orta statistik Azərbaycan vətəndaşları, sahibkarlar və digər sahələrdə fəaliyyət göstərən şəxslərdir. Banklar bank olmayan kredit təşkilatları və kredit ittifaqlarından fərqli olaraq, kredit risklərini azaltmaq üçün girov tələb edə bilirlər".
Ekspert qeyd edib ki, "Azpulmat" və "Manato"da da elektron müqavilələrdən geniş istifadə olunur:
"Kredit götürən şəxs FİN kodu vasitəsilə elektron sistemə daxil olaraq kredit rəsmiləşdirə bilər. Borcun ödənilməməsi halında isə BOKT-lar qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilirlər. Məhkəmə tərəfindən borcun ödənilməsi ilə bağlı qərarlar inzibati qaydada icra edilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Cəlilabaddakı kütləvi zəhərlənmə ilə bağlı prokurorluqdan açıqlama
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
-
Ordubad və Naxçıvanda qaz olmayacaq
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?





