Dünya

Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)

30 Sentyabr 2026 10:55
Baxış: 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çinin bəzi rəqəmsal xəritə platformalarında İsrailin adının müəyyən görüntü səviyyələrində göstərilməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, Baidu Maps və Alibaba şirkətinə məxsus Amap platformalarında İsrail ərazisi, sərhədlər və şəhərlər xəritədə görünsə də, bəzi miqyaslarda ölkənin adı qeyd olunmur. Eyni zamanda "İsrail" sözü ilə axtarış aparıldıqda müvafiq ərazi və şəhərlər xəritədə tapılır. 

Bu hal yeni məsələ kimi təqdim edilsə də, İsrail adının bəzi Çin xəritələrində görünməməsi ilə bağlı məlumatlar ilk dəfə 2023-cü ildə yayılıb. Baidu şirkəti həmin vaxt bunun texniki səbəblərlə, xüsusilə xəritədə yer məhdudiyyəti ilə əlaqəli ola biləcəyini açıqlamışdı. 

Bununla yanaşı, Çin hökumətinin rəsmi xəritələrində İsrailin adı və ərazisi göstərilir. Buna görə də bəzi kommersiya xəritələrində adın görünməməsini Çinin İsraili dövlət kimi tanımaması barədə nəticə kimi təqdim etmək düzgün deyil. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.