Şou-biznes

Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”

30 Sentyabr 2026 11:30
Baxış: 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Meyxanaçı Samirə Yusifqızı qızı Fərəh Samirəqızının bir müddət əvvəl gündəmə səbəb olan çıxışından sonra özü ilə bağlı yaşananlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi və qızı Elgiz Əkbərin "Şadlıqlı olsun" proqramının qonağı olarkən mövzu barədə danışıblar.

Samirə Yusifqızı qızının çıxışından sonra həm Fərəhin, həm də özünün televiziya proqramlarına dəvət olunmadığını deyib. Meyxanaçı bu qərarın onun sənət fəaliyyətinə görə verilməsini anlamadığını bildirib.

"Mən savadlı müğənniyəm, savadlı meyxanaçıyam. İllərin sənətkarıyam. Heç vaxt efirdə nalayiq ifadələr işlətməmişəm, açıq-saçıq geyimdə olmamışam. Mənə niyə efir qadağası qoyulduğunu başa düşmürəm", - deyə o bildirib.

Sənətçi bəzi ifaçıların efirdə söyüş xarakterli ifadələr işlətmələrinə baxmayaraq sonradan televiziya proqramlarında yer aldıqlarını da vurğulayıb.

"Fərəh söyüşü söyüb, mənim nə günahım var? Mən illərin sənətkarıyam", - deyə Samirə Yusifqızı qeyd edib.

Meyxanaçı həmçinin özünü Azərbaycan səhnəsində ilk tanınan qadın meyxanaçılardan biri kimi xarakterizə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.