Hadisə

Yasamalda su borusu partladı

30 Sentyabr 2026 10:53
Baxış: 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsi, 69 ünvanında su borusu partlayıb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə suyun güclü təzyiqlə ətrafa püskürdüyü və yaşayış binasının həyətinin bir hissəsində su yığıldığı görünür.

İri Şəhərlərin Su Təchizatı QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin ünvanda su xəttində qəza baş verib.

"Məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olundu. Su axıntısının qarşısı alındı və hazırda xəttin təmiri və bərpası istiqamətində işlər görülür", - məlumatda qeyd edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.