Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bugünlərdə sosial mediada "Bakıda qutabı 75 manata satması" ilə gündəmə gələn iş adamı Araz Mehdiyev haqqında yeni və maraqlı məlumatlar üzə çıxıb.
Xatırladaq ki, bu barədə məlumatda məşhur "Cənnət Gəncə" restoranından bəhs olunurdu.
Milli.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, "Cənnət Gəncə" restoranını icarəyə götürən Araz Mehdiyev əslində çox imkanlı iş adamı olub.
Belə ki, Araz Mehdiyevin özü və dostları ilə əlaqəli şirkətin Rusiyaya 2.5 milyard dollar nağd pul gətirdiyi üzə çıxıb.
Bu barədə dünyanın nüfuzlu "Reuters" agentliyinin məlumatını redaksiyamıza təqdim edən mənbəmiz bildirib ki, beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyaya 2,3 milyard dollar və avro məbləğində nağd xarici valyuta gətirilib.
Araşdırmaya görə, Rusiyaya gətirilən nağd valyutanın təxminən 1,5 milyard dolları "Aero-treyd" şirkətinin payına düşüb. Şirkətin Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə əlaqəli olduğu bildirilir.
Məlumata görə, 2022-ci ilin martından 2023-cü ilin dekabrınadək şirkət hər biri 20 milyon dollar olmaqla, ümumilikdə 73 valyuta partiyasını bəyan edib.
Bununla belə, "Aero-treyd" Rusiyaya valyuta tədarükü ilə məşğul olmadığını bildirib.
"Aero-treyd" iş adamı Andrey Martınyukun ailəsinə məxsusdur. Şirkət Moskvanın Vnukovo hava limanı da daxil olmaqla, Rusiyanın beş şəhərindəki hava limanlarında rüsumsuz ticarət (duty-free) mağazalarını idarə edir.
Araşdırmada qeyd olunur ki, 2017-2020-ci illərdə şirkətin idarəçiliyi Martınyukdan əslən azərbaycanlı olan Yaşar Nəbiyevə keçib.
"Getcontact" tətbiqinin məlumatlarına əsasən, Nəbiyevin telefon nömrəsi bəzi istifadəçilərdə "Yaşar Araz Mehtiyev" və "Arazın köməkçisi" adları ilə qeyd olunub.
Araşdırma müəllifləri ehtimal edirlər ki, burada azərbaycanlı iş adamı Araz Mehdiyev nəzərdə tutulur. Onun Yaşar Nəbiyevlə əlaqəli olduğu bildirilir. Hər iki şəxsin digər iş adamı Seymur Aslanovla birlikdə rüsumsuz ticarət sahəsində fəaliyyət göstərdiyi qeyd olunur.
Araz Mehdiyev Moskva hava limanlarında duty-free biznesinin əsas fiqurlarından biri kimi təqdim edilir. O, Şeremetyevo və Domodedovo hava limanlarında fəaliyyət göstərən iri rüsumsuz ticarət operatorlarının ortaq sahibidir.
Seymur Aslanov vasitəsilə Mehdiyevin İsveçrənin Avolta şirkəti ilə də biznes əlaqələrinin olduğu bildirilir. Avolta Vnukovo hava limanında mağazalar idarə edir.
Valyutanın gömrük rəsmiləşdirilməsi Domodedovoda aparılıb
"Reuters"in məlumatına görə, "Aero-treyd" və Araz Mehdiyev Domodedovo hava limanında Mehdiyevə məxsus duty-free operatorundan müəyyən avadanlıqları icarəyə götürüblər.
Rusiyaya gətirilən nağd valyutanın gömrük rəsmiləşdirilməsi də məhz Domodedovo hava limanında aparılıb.
Araşdırmalarda Araz Mehdiyevin bu yüksəlişinə səbəb isə onun keçmiş qaynatası olan Putinin universitet yoldaşı İlham Rəhimovun rolu danılmazdır.
On milyonlarla vəsaitin idarə olunmasında birbaşa iştirak edən Araz Mehdiyevin Bakıda icarəyə götürdüyü restoranda qutabı 75 manata satması isə təəccübə və suallara səbəb olub.
Bundan başqa Araz Mehdiyev mal-heyvan yeminin biznesində də xüsusi fəallığı ilə seçilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü





