İqtisadiyyat

Bu qurumların lisenziyası ləğv olundu

16 Dekabr 2024 20:21
Baxış: 1 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Abbas Kredit İttifaqı", "Amin Kredit İttifaqı" və "Azərmaliyyə Kredit İttifaqı" MMC-lərin lisenziyası ləğv olunub.

Milli.Az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya düşüb.

Xatırladaq ki, adları çəkilən kredit ittifaqları müvafiq olaraq 2003-cü ildə, 1999-cu ildə və 2010-cu ildə yaradılıb. Onların hər üçünün nizamnamə kapitalı 4 000 manatdır. Kredit ittifaqları müvafiq olaraq Qax, Şəmkir və Bakıda fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.