Mövsümi meyvələr niyə bahadır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq yayın ikinci ayını yaşayırıq. Bu dövrdə, adətən, mövsümi meyvələrin qiymətində azalma müşahidə olunur. Lakin buna baxmayaraq, marketlərdə və bazarlarda satışa çıxarılan meyvələrin qiyməti hələ də "əl yandırır". Piştaxtalarda təklif olunan meyvələrin qiymətində ötən aylarla müqayisədə o qədər də ciddi fərq müşahidə edilmir.
Milli.Az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli "İqtisadiyyat.az"a açıqlamasında bunun səbəblərindən danışıb.
A.Nəsirli qeyd edib ki, Azərbaycanda ənənəvi problemlərdən biri fermerlərin böyük şəhərlərdəki bazarlara əlçatanlığının aşağı səviyyədə olmasıdır.
Ekspert bildirib ki, bu səbəbdən nəqletmə, daşımada, yəni bazarlara məhsulların çıxarılmasında müəyyən problemlər yaşanır: "Məhsulu satışa bazar adamları çıxarır. Yəni fermer özü birbaşa bazara çıxış əldə edə bilmir. Bu, ənənəvi problemdir. Amma bu ilin də spesifik xüsusiyyəti ondan ibarətdir ki, yaz-yay ayları əlverişsiz və qeyri-sabit keçir. Ayrı-ayrı yerlərdə yağış, dolu, külək, tufan, sel müşahidə olunur. Bütün bunlar meyvə-tərəvəzin məhsuldarlığına ciddi təsir edir. Bu da bazara daha az meyvə-tərəvəzin çıxmasına səbəb olur. Meyvə-tərəvəzin azlığı isə göründüyü kimi qiymətləri xeyli yüksəldir".
İqtisadçının sözlərinə görə, havası sabit olan ərazilərdə yetişən meyvə-tərəvəz digərlərinə nisbətən ucuzdur: "Məsələn, qarpız artıq 40-50 qəpiyə düşüb. Qarşıdakı həftələrdə bu məhsulun qiyməti bir qədər də ucuzlaşa bilər. Yemiş isə bir manata düşüb. Xiyar, pomidor əsasən Azərbaycanın şimal və cənub bölgələrində əkilir. Hər iki ərazilər üzrə də qeyri-sabit hava şəraiti hökm sürür. Bu da məhsuldarlığa və nəticə etibarilə qiymətlərə özünü yansıdır".
A.Nəsirli vurğulayıb ki, ən çox qiymətini qoruyan tərəvəz pomidordur: "O, iqlimə həssaslığı ilə seçilir. Yəni iqlimə həssas tərəvəz olduğuna görə pomidorun bazarda bahalaşması hələ müşahidə edilmir. Ümumiyyətlə, qiymətlərin indiki durumu qıtlıqla əlaqəlidir. Qıtlıq isə hava şəraiti ilə bağlıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
-
Neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır





