Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - Siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin yanvar-mart aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4% artaraq 317,6 milyon manat olub.
Bu barədə Milli.Az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Statistika İdarəsinin məlumatına görə, cari ilin I rübündə kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 106 milyon 486 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8% çoxdur.
Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 41 milyon 634,8 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3% çoxdur.
Üçüncü yerdə isə Yasamal rayonu dayanır. Cari ilin yanvar-mart aylarında Yasamalda ictimai iaşə dövriyyəsinin dəyəri 34 milyon 938 min manat olub ki, bu da 2023-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7.4% azdır.
Qeyd edək ki, hesabat dövründə paytaxtın dörd rayonunda ictimai iaşə dövriyyəsi azalıb, səkkiz rayonunda isə artıb.
Kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 51.2% artım) və Sabuncu (21.9% artım) rayonlarında, ən yüksək azalma faizi isə Xəzər ( 9.8% azalma) və Yasamal ( 7.4% azalma) rayonlarında qeydə alınıb.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib.
| Bakının rayonları | İctimai-iaşə dövriyyəsinin dəyəri, min manat | Ötən ilin müvafiq dövrü ilə müqayisədə, faizlə |
| Səbail | 106 486 | 9.8% artıb |
| Nərimanov | 41 634,8 | 2.3% artıb |
| Yasamal | 34 938,4 | 7.4% azalıb |
| Nəsimi | 34 663,5 | 51.2% artıb |
| Xətai | 26 394,4 | 3.8% azalıb |
| Nizami | 18 301 | 2.3% artıb |
| Binəqədi | 16 947.3 | 3.7% azalıb |
| Xəzər | 13 981 | 9.8% azalıb |
| Qaradağ | 9 106.1 | 3.6% artıb |
| Suraxanı | 7 296 | 18.4% artıb |
| Sabunçu | 6 277,3 | 21.9% artıb |
| Pirallahı | 1 552.2 | 4.6% artıb |
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib





