İqtisadiyyat

Bu pul köçürmə sistemi Azərbaycanda fəaliyyətini dayandırdı

21 Fevral 2024 18:59
Baxış: 3 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Contact" pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb.

"Contact" qeyd edib ki, bu, bu gün "QIWI Bank"ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır:

"Hörmətli müştərilər. Rusiya Bankından "QIWI Bank"ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq".

Qeyd edək ki, Contact pulköçürmə sistemi "QIWI Bank"ın məhsullarından biridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.