İqtisadiyyat

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı AÇIQLANDI

22 Yanvar 2024 21:25
Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ildə Türkiyədə Azərbaycan kapitalı ilə 267 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 83 şirkət azdır.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 372,2 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 164,5 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ildə Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (222) qeydiyyata alınıb.

"İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 336,8 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildiriblər.

Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Azərbaycan kapitalı ilə 26 inşaat, 138 topdan və pərakəndə ticarət şirkət, 11 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.