10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard dollar olub və bunun cəmi 9,2%-i və ya 2,7 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
Milli.Az xəbər verir ki, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan qeyri-neft məhsullarının 17%-i və ya 456 milyon dolları 9 şirkət və 1 fərdi sahibkarın payına düşüb.
2023-cü ilin ilk 10 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin (fərdi sahibkarların) siyahısı aşağıdakı kimi olub:
Şirinov Elvin Valeh oğlu - 98,4 milyon dollar
"MKT İstehsalat Kommersiya" MMC - 75,2 milyon dollar
"Baku Steel Company" QSC - 58,7 milyon dollar
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycandakı nümayəndəliyi - 53,2 milyon dollar
"Best Logistik" MMC - 37,4 milyon dollar
"STP Global Cable" MMC - 31,1 milyon dollar
"My Fruit" MMC - 30,1 milyon dollar
"P-Aqro" MMC - 28,7 milyon dollar
"Mors Trading" MMC - 22,6 milyon dollar
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC - 20,7 milyon dollar
Məlumat üçün onu da bildirək ki, 10 ay ərzində 100 milyon dollara yaxın məhsul ixrac edən Elvin Şirinov haqqında açıq mənbələrdə məlumat mövcud deyil. Fərdi sahibkar kimi (VÖEN - 2700187092) 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınan Elvin Şirinovun hansı məhsulları ixrac etdiyi barədə də məlumat yoxdur.
Lakin qeyd edək ki, rəsmi qurumlar Azərbaycanın ən böyük ixracatçısı barədə məlumat açıqlamasalar da, xarici ölkələrin müvafiq rəsmi qurumları Elvin Şirinov barəsində məlumatları açıqlayıblar.
Məsələn, Ukraynanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlardan belə görünür ki, Elvin Valeh oğlu Şirinov Mingəçevir şəhəri, Ə. Vahid küçəsi ev 2, m. 88-də qeydiyyatdadır. Elvin Şirinov Ukraynaya əsasən qarpız və qovun olmaqla meyvə-tərəvəz ixrac edir. Elvin Şirinovun ixrac etdiyi məhsulların Ukraynadakı alıcısı "FPP Antares" şirkətidir. Bu şirkət 2022-ci ilin yanvar ayında təsis olunub. Elvin Şirinovun adı da Azərbaycanın ən böyük 10 ixracatçısı siyahısına ilk dəfə 2022-ci ildə düşüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
-
Neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi





