Bankların məcburi ehtiyat normaları müəyyənləşdi - Mərkəzi Bankdan QƏRAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşib.
Mərkəzi Bankdan Milli.Az-a bildirilib ki, aparılmış təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılıb.
Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişikliklər edilmişdir. Qaydalara dəyişikliklərin tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi (www.cbar.az) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/55583) yerləşdirilib.
İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə yeni diferensiallaşdırma meyarlarına uyğun olaraq məcburi ehtiyat normaları Cədvəl 1-də olduğu kimi müəyyən edilib.
Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər. Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar.
Cədvəl 1. Yeni diferensiasiya meyarları və bu meyarlara uyğun məcburi ehtiyat normaları
|
Diferensiasiya meyarları |
Məcburi ehtiyat norması, % |
|||
|
Milli valyutada öhdəliklər üzrə |
Xarici valyutada öhdəliklər üzrə |
Qiymətli metallarda öhdəliklər üzrə |
||
|
1 |
· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti)* · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% |
5% |
6% |
5% |
|
2 |
· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı>20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% |
10% |
12% |
10% |
|
3 |
· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20%
· Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı>20% |
10% |
12% |
10% |
|
4 |
· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı>20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı>20% |
12.5% |
15% |
12.5% |
|
5 |
· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% |
10% |
12% |
10% |
|
6 |
· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı>20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% |
20% |
20% |
20% |
|
7 |
· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı>20% |
20% |
20% |
20% |
|
8 |
· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı>20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı>20% |
25% |
25% |
25% |
|
9 |
· Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar |
0% |
0% |
0% |
*Mötərizənin içindəki göstərici xarici valyudata olan öhdəliklərə şamil olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
XƏBƏR LENTİ
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)





