İqtisadiyyat

Türkiyə şirkətindən qaqauzlara böyük jest

31 Oktyabr 2023 21:18
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldovanın Qaqauz Muxtar Respublikası təbii qazı ölkənin digər əraziləri ilə müqayisədə 50 faiz ucuz alacaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə muxtariyyətin rəhbəri Yevgeniya Qutsul məlumat paylaşıb.

"Qaqauz sakinləri üçün qaz bir neçə dəfə ucuzlaşacaq: 1 kubmetr üçün 10 lev (0,5 avro). Türkiyə şirkəti Avropanın qaz təchizatı sistemindən birbaşa qaz almaq üçün iri avropalı treyderlə müqavilə imzalayıb. Şirkət öz növbəsində, bu qazın xüsusi qiymətə çatdırılması üçün Moldovanın lisenziyalı operatoru ilə müqavilə imzalayıb" - o bildirib.

Qeyd edək ki, Moldova ötən ildən "Qazprom"un ölkəyə qaz nəqlini 30 faiz azaltması üzündən enerji problemləri yaşayır. Ölkənin Dneprin sağ sahilində yerləşən hissəsi qazı Avropa bazarından, solda yerləşən separatçı Dnestryanı bölgə isə Rusiyadan alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.