İqtisadiyyat

Şirkətlər arasında intellektual yarış keçirilib - FOTO

30 Oktyabr 2023 13:19
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "Marsol Group" və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası"nın təşkilatçılığı, Sahibkarlığın İnkişafı Fondu və "Kapital Bank"ın tərəfdaşlığı, "Global Logistics Services" və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu ilə şirkətlər və dövlət qurumları arasında "2-ci Marsol Zəfər Kuboku" intellektual yarışı keçirilib. 

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov, "Marsol Group"un təsisçisi və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası"nın İdarə Heyətinin sədri Tural Mustafayev və sponsorlar çıxış ediblər. 

Yarışda şirkətlərdən və bir neçə dövlət qurumundan 138 nəfər olmaqla ümumilikdə 23 komanda iştirak edib. İntellektual yarışda "Kapital Bank"ın komandası 1-ci, "ROOF Academic Training" şirkətinin komandası 2-ci, KOBİA-nın komandası isə 3-cü yerin sahibi olub.

Qaliblər diplom, medal və hədiyyələrlə təltif ediliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.