İqtisadiyyat

Yaxın zamanda illik gəlirimiz 100 milyard manatı ötəcək

19 Oktyabr 2023 13:01
Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın 4 ildə Azərbaycan əhalisinin illik gəliri 100 milyard manatı ötəcək

2027-ci ildə Azərbaycan əhalisinin gəlirlərinin 106 milyard manata çatacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"də bildirilir.

Sənədə əsasən, bu dövrdə əhalinin xərclərinin isə 102,6 milyard manata yüksəlməsi gözlənilir.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 68 milyard 914,5 milyon manat təşkil edib. Bu, 2021-ci illə müqayisədə 20,5% çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.