“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Baku Crystal Hall"da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında müstəsna rol oynadığını, hazırda ulu öndərin Azərbaycanın sosial-iqtisadi inkişafı siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirilib ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir. Qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentliyin öz fəaliyyətini sahibkarlarla tərəfdaşlıq, şəffaflıq və hesabatlılıq, qərəzsizlik və bitərəflik, istehlakçı mənafeyinin üstünlüyü, innovativlik, səmərəlilik və nəticəyönümlülük, risk əsaslı yanaşma və beynəlxalq tələblərə uyğunluq prinsipləri üzərində qurduğunu bildirib. Agentliyin fəaliyyəti dövründə sahibkarların qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, maarifləndirilməsi, eyni zamanda iş adamları ilə dövlət-özəl sektor əməkdaşlığının təmin edilməsi məqsədilə bir sıra biznes assosiasiyaları qurulub, ticarət palataları ilə birlikdə 190 tədbir təşkil olunub, 21900-dən çox sahibkarla görüşlər keçirilib, həmçinin 35 084 müəssisə qida təhlükəsizliyi qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafının və KOB-ların iqtisadiyyatda rolunun artırılmasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, Agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.
"Marsol Group"un və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev və "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə isə çıxışlarında ölkəmizdə sahibkarlara göstərilən dəstək, təmsil etdikləri təşkilatların fəaliyyəti barədə məlumat veriblər.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100" filmi nümayiş olunub, tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərginin təşkilinə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, "Prestij kimya", "Gədəbəy mineral suları", "Moon Qrup" və "BHB strateji və kreativ media agentliyi" tərəfindən də dəstək göstərilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi ulu öndərin ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur. İyunun 10-dək keçiriləcək sərginin başlıca üstünlüyü burada iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır. Sərgi çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcək.
KOBİA sərgidə ayrıca stendlə təmsil olunur. Agentliyin dəstəyi ilə stendddə qida, kənd təsərrüfatı, nəşriyyat, sənaye, İKT və xidmət sahələrində fəaliyyət göstərən 13 KOB subyekti, o cümlədən Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından 2 qadın sahibkar məhsul və xidmətlərini təqdim edir.
Sərgi çərçivəsində iyunun 9-da "Baku Crystal Hall"da "Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər", iyunun 10-da isə "Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması" mövzularında panel müzakirələr təşkil olunacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
XƏBƏR LENTİ
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi





