İqtisadiyyat

Bu şəxslərin maaşı artırıldı - RƏSMİ

12 Yanvar 2023 22:17
Baxış: 5 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı nümayəndələrinin maaşı artırılır.

Bu, Prezident İlham Əliyevin "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" qanunlarında və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" qanunun tətbiqi və "Diplomatik xidmət haqqında" qanunun tətbiq edilməsi barədə", "Diplomatik xidmət haqqında" qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" qanununun tətbiq edilməsi haqqında" fərmanlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Fərmana əsasən, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.