İqtisadiyyat

“Alibaba”nın qurucusu “Ant Group” şirkətinə nəzarəti itirib

7 Yanvar 2023 20:54
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinli milyarder, "Alibaba Group" kompaniyasının qurucusu və direktorlar şurasının sədri Cek Ma "Ant Group" şirkətinə nəzarəti itirib.

"Ant Group" korporativ idarəetmənin optimallaşdırılması üçün təsisçi, rəhbərlik və işçi heyəti də daxil olmaqla on nəfərə müstəqil səsvermə hüququ verəcək və Cek Manın şirkət üzərində nəzarəti aradan qalxacaq. Bununla yanaşı, şirkətin səhmdarlarının payı dəyişməz qalacaq.

Cek Ma 2020-ci ilin oktyabrında Şanxay forumunda Çin hakimiyyətinin maliyyə tənzimlənməsi siyasətini tənqid edən çıxışından sonra demək olar ki, ictimai məkandan yoxa çıxıb. Həmin çıxışdan bir neçə gün sonra Çinin hakimiyyət orqanları "Alibaba Group" kompaniyasını antiinhisar qanunlarını pozması səbəbindən rekord həcmdə - 2,8 milyard dollar cərimələyib.

Qeyd edək ki, "Alibaba" kompaniyasının tərkibinə daxil olan "Ant Group" onlayn bizneslə məşğuldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory