İqtisadiyyat

Böyük Britaniya dəmiryolları beş günlük tətil edəcək

3 Yanvar 2023 08:02
Baxış: 493
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çərşənbə axşamı Böyük Britaniyada dəmir yolu işçilərinin beş günlük tətili başlayır. Çoxgünlük tətilin başlanğıcı Böyük Britaniyada Milad və Yeni il bayramlarının başa çatdığı vaxta təsadüf edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Britaniyanın dəmir yolu, dəniz və nəqliyyat həmkarlar ittifaqı RMT bildirib ki, 40 minə yaxın əməkdaş yanvarın 3-dən işə gəlməyəcək. Təşkilat maaşların artırılmasını və işçilərin ixtisardan qorunmasını tələb edir. Bu tətil nəticəsində təxminən 62.000 qatar reysi ləğv edilə bilər.

Yanvarın 5-də Elektrik Lokomotivçiləri və Yanğınsöndürən Maşinistlərin Birləşmiş Cəmiyyəti üzvlərinin təşkilatçılığı ilə etiraz aksiyası keçiriləcək.

Bu tətil nəticəsində daha 18 min reysin ləğv ediləcəyi təxmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.