İqtisadiyyat

"Azərbaycanda ÜDM artımı 5-6% səviyyəsində gözlənilir"

28 Dekabr 2022 13:42
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yekunlarına görə, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 5-6 faiz səviyyəsində gözlənilir.

Bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.

Onun sözlərinə görə, ölkəmiz adambaşına düşən ÜDM-in həcminə görə MDB ölkələri arasında lider mövqe tutur.

"Qeyd edim ki, investisiya holdinqinə daxil olan bir sıra şirkətlər 2022-ci ili mənfəətlə başa vuracaq. Bəziləri bu ili rekord göstəricilərlə tamamlayacaq. Təbii ki, bütün maliyyə göstəriciləri ictimaiyyətə açıqlanacaq",- deyə baş icraçı direktor vurğulayıb.

A.Əlixanov bildirib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir.

"Xatırlatmaq istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu yaxınlarda ASCO-ya 100 milyon dollarlıq kredit verib ki, bu da onun sabitliyindən və ona inamdan xəbər verir", - deyə o əlavə edib.

Qeyd edək ki, dekabrın 28-də ASCO istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirib. İstiqrazların nominal dəyəri 1000 dollar, illik faiz dərəcəsi isə 6% təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.