İqtisadiyyat

Macarıstan Rusiyaya qarşı sanksiyalara hazırlaşır

15 Oktyabr 2022 08:24
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cümə günü Macarıstan sakinlərinin poçt qutularına Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ümummilli məsləhətləşmələrdə iştirak üçün sorğu vərəqələri göndərilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, sorğu vərəqəsində vətəndaşların cavab verməli olduqları yeddi sual yer alır. Ölkə sakinlərindən ərzaq məhsullarının bahalaşmasına səbəb olan Brüsselin neft, qaz, digər yanacaq növləri, eləcə də turizm sahəsində Rusiyaya qarşı sanksiyaları ilə razı olub-olmadıqları soruşulur.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban sentyabrın 26-da ölkə parlamentindəki çıxışında anti-Rusiya sanksiyaları ilə bağlı ümummilli məsləhətləşmələr keçirmək niyyətində olduğunu açıqlayıb. Baş nazir vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar qeyri-demokratik şəkildə tətbiq edilib. Belə ki, qərarı "Brüsseldəki bürokratlar" versələr də, bunun əvəzini Avropa xalqları ödəyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.