İqtisadiyyat

Rusiya nefti Avropaya axır - Yunanıstan embarqonu belə pozdu

8 Sentyabr 2022 21:11
Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya-Ukrayna müharibəsinin başladığı 6 ay ərzində 41 gəmi yunan tankerləri ilə Rusiya neftini Avropa limanlarına daşıyıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, yapon mediası neftin bir tankerdən digərinə daşınmasını özündə əks etdirən fotonu Yunanıstan yaxınlığındakı "Lakonian" körfəzində çəkib.

Avropa İttifaqının (Aİ) embarqosuna baxmayaraq, yunan şirkətlərinin Rusiya neftini daşıyaraq Avropaya satdığı sənədləşib.

Tankerlərdən 41-nin Yunanıstan, Belçika və digər Avropa limanlarında, ikisinin isə İngiltərə limanında siqnal verdiyi müəyyən edilib.

İyun ayında Rusiya limanından çıxan bir tanker neft Yunanıstan sahillərində Malta bayraqlı tankerə köçürülüb. Gəmi Rusiyanın "Rosneft" şirkətindən aldığı 300 min barel nefti Britaniyanın "Prax Group" şirkətinə satıb və vasitəçilik əməliyyatlarını İsveçrədə yerləşən "Trafigura" şirkəti edib.

Qeyd olunur ki, ötən ilin eyni dövründə cəmi 9 transfer olub. Emal məlumatları göstərir ki, Rusiya Yunanıstan sahillərində gəmidən gəmiyə daşınması üçün 23,86 milyon barel neft ixrac edib. Ötən ilin analoji dövründə transferlər üçün ümumilikdə 4,34 milyon barel nəql edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.