Bundan sonra fermerlər qarpız təsərrüfatlarını da sığortalaya biləcəklər.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu bostan bitkisi də Aqrar sığorta Fondunun sığortaladığı 41 növ bitki növünə daxil edilib.
Qarpız sahələrinin sığortası isə 3 paketdə təqdim olunur.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Elvin Əliyev "Xəbər Ertəsi"nə sığorta şərtləri və qiymətləri barədə danışıb.
Milli.Az