İqtisadiyyat

KOBİA və Rusiyanın KOB Korporasiyası arasında Protokol imzalandı - FOTO

26 Aprel 2022 17:56
Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 26-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası (KOB Korporasiyası) arasında Niyyət Protokolu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOB Korporasiyasının baş direktoru Aleksandr İsaeviç imzalayıblar.

Niyyət Protokolunda KOB-ların hər iki ölkənin bazarlarına çıxış imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, birgə biznes tədbirlərinin təşkili, iş adamlarının hər iki ölkədə keçirilən tədbirlərdə iştirakının təşviq olunması, sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin inkişafı üzrə daimi fəaliyyət göstərən platformanın yaradılması və s. məsələlər nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.