İqtisadiyyat

Beynəlxalq forumda Ermənistanın Oxçuçayı çirkləndirdiyi bildirilib

25 Aprel 2022 19:22
Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Kumamoto şəhərində su resurslarının idarəçiliyinin təkmilləşdirilməsinə həsr olunmuş 4-cü Asiya-Sakit Okean Su Forumu hibrid formatda keçirilib.

Nazirlikdən bildirilib ki, forumda bir sıra ölkələrin dövlət başçıları, hökumət nümayəndələri, aparıcı beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev foruma onlayn formatda qoşularaq transsərhəd çayların idarə olunması ilə bağlı qonşu ölkələrlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Eyni zamanda, Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində Oxçuçayın kəskin çirklənməyə məruz qaldığını bildirib və bunun qarşısının alınmasında dəstək göstərilməsi məqsədilə beynəlxalq təşkilatlara və forum iştirakçılarına çağırış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.