İqtisadiyyat

Sosial şəbəkələrə reklam ödənişləri ilə bağlı vergi öhdəliyi nədən ibarətdir?

10 Mart 2022 17:22
0 Şərh     Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ƏDV ödəyicisi olan hüquqi şəxslər öz biznes kartlarından "Facebook", "Google" kimi şirkətlərə reklam üçün ödəniş edirlər. Ödəniş edərkən bank tərəfindən 18 faiz ƏDV avtomatik olaraq tutulur. Hüquqi şəxslərin həmin ödənişləri aylıq ƏDV bəyannaməsində əvəzləşdirməyə hüququ varmı?

Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, vergiödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Eyni zamanda qeyri-rezidentə edilən ödənişlərə Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq "Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi" təqdim edilir.

Göründüyü kimi, vergi orqanında uçotda olan vergiödəyiciləri elektron ticarət qaydasında alınmış xidmətlərə görə qeyri-rezidentə etdikləri ödəmələrə müstəqil qaydada 18 faiz dərəcə ilə ƏDV hesablamalı və bəyannamə təqdim etməklə hesablanmış ƏDV-ni büdcəyə ödəməlidirlər. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.

Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında xidmətlər alınarkən isə 18 faiz dərəcə ilə ƏDV ödəməni həyata keçirən banklar tərəfindən fiziki şəxsin hesabından tutularaq büdcəyə ödənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.