İqtisadiyyat

bp Şahdəniz layihəsindəki payını artırır

9 Dekabr 2021 17:16
Baxış: 916
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz yatağındakı iştirak payını artırmağa qərar verib. Bu, PETRONAS şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı bp-nin öz üstünlük hüququndan istifadə etmək haqqında Şahdəniz layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

Qurumdan bildirilib ki, bp özünün əməliyyatçısı olduğu Şahdəniz yatağı üzrə PETRONAS şirkətindən 1,16% iştirak payını 168 milyon dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ PETRONAS tərəfindən öncə elan edilmiş Şahdəniz üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə bp-nin Şahdənizdəki ümumi iştirak payı 29,99% təşkil edəcək və bp yatağın operatoru olaraq qalacaq.

Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.