İqtisadiyyat

Təhsil krediti ilə bağlı açıqlama - VİDEO

3 Dekabr 2021 15:42
Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil kreditlərinin verilməsi ilə bağlı narazılıqlar bir neçə istiqamətdədir. Sistem yeni olduğundan hər hansı çatışmazlıqların, qüsurların, nöqsanların olması gözləniləndir. Təbii ki, bunların aradan qaldırılması vacibdir. Hesab edirəm ki, həmin problemlər zamanla aradan qaldırılacaq".

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirdi.

Müəllimlərin vaksinasiyası iolə bağlı təhsil naziri bildirdi ki, təhsil müəssisələrində çalışan pedaqoji heyətin, təxminən, 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub. Müəllimlərin sertifikasiya imtahanının keçirilməsinin gecikmə səbəbləriə gəlincə bildirdi ki, bu prosesə pandemiya şəraiti təsir göstərib.

Nazir həmçinin qeyd etdi ki, Azərbaycanda növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər. Tədris ili başlayandan indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb.

Milli.Az Real Tv-nin sujetini təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.