Mədəniyyət

Kastronun tapşırığını pozub, Gevara ilə görüşən azərbaycanlı məşhur

6 May 2021 16:42
Baxış: 914

5 may 2021-ci ildə xalq şairi Fikrət Qoca rəhmətə gedib. Onun haqqında çoxlu yazılar, müsahibələr var. Lakin çox az adam bilir ki, Fikrət Qocanı Kubada da seviblər. Onun şeirlərini orda tərcümə ediblər və haqqında Fidel Kastro da məlumatlı olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, F.Qoca dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar") poemasını da yazıb.

1968-ci ildə Kubada Azərbaycan mədəniyyəti günləri keçirilir və 10 gün davam edən tədbirdə iştirak edən yazıçılarımız arasında Fikrət Qoca da olub. O, bu siyahıya SSRİ Yazıçılar Bilriyinə yazdığı məktuba görə düşür. Məktubda o, Latın Amerikasındakı azadlıq hərəkatının liderlərindən olan Ernesto Çe Gevara haqqında poema yazmaq istəyini bildirir və o zaman SSRİ Yazıçılar Birlyinin daxilində olan xarici komissiya bu məktuba baxır və müsbət qərar verir. Buna görə də onu Kuba səfərinə dəvət edirlər.

Səfərdən sonra Bakıya qayıdan Fikrət Qoca sözügedən poemanı yazır və xüsusi komissiyaya göndərir. Poema sovet ideoloqları tərəfindən müsbət qəbul edilir və onun bir neçə nüsxəsi Havanaya göndərilir. Burada poema tərcümə edilir və yerli qəzetlərdə bu barədə yazı gedir.

Fikrət Qocanın kitabı Çe Gevaranın ailəsinə də təqdim edilir. Tanınmış inqliabçının ailəsi adından Moskvaya təşəkkür məktubu da ünvanlanır və onunla tanış olmaq istəyi ifadə edilir. Sovet Yazıçılar Birliyi Kubaya gedərək Çe Gevaranın ailəsi ilə görüşmək və ölkə barədə ətraflı məlumat almaq üçün Fikrət Qocanı Kubaya bir aylıq ezamiyyətə göndərir. O, burada bütün ölkəni gəzərək çıxışlar etməklə yanaşı, inqilabla hakimiyyətə gələn kubalılar barədə ətraflı məlumatlar toplayır. Sovet təbliğatı üçün lazım olan materiallar toplamaqla yanaşı, Fikrət Qoca Çe Gevaranın ailəsi ilə görüşmək üçün cəhdlər edir. Fidel Kastronun kəskin təndqidçisi olan Çe Gevaranın kiçik bacısı Celianın nömrəsinə bir neçə dəfə zəng etməsinə baxmayaraq, ona məlumat verilər ki, bəs Çenin ailəsi hazırda Kubada deyil. Fidel Kastro tapşırıq veribmiş ki, Çenin ailəsi ilə heç kim görüşməsin.

Lakin Fikrət Qoca inadından dönmür və tərcüməçi vasitəsilə inqilabçının kiçik bacısı Celia Gevara ilə əlaqə yarada bilir və gizli qalması şərtilə görüş baş tutur. Oğlu ilə birlikdə Çenin bacısı Celia hava limanının otelində onunla görüşür. Görüş zamanı şairə poema barəsində təşəkkür edən Celia Gevara Fidel Kastronun ona və ailəsinə baxmadığını, qardaşının adının tarixdən silinməsi üçün dövlət başçısının siyasət yeritdiyini bildirir və xahiş edir ki, bu barədə Moskvaya məlumat verilsin. Poeması barədə Çenin bacısına məlumat verən Fikrət Qoca görüş zamanı Azərbaycan haqqında da ona danışır.

Fikrət Qoca Celianın bu müraciətini Moskvaya çatdırırmı?

Məlum deyil, amma çatdırmaması mümkün deyildi...

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.