Hadisə

Salyanda ağır qəza - yaralılar var - (Video)

4 Oktyabr 2026 22:12
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün axşam saatlarında Salyan istiqamətində qeydə alınan ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, qəza nəticəsində ağ rəngli "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq körpünün kənarındakı dəmir səddə (təhlükəsizlik arakəsməsinə) çırpılıb.

Görüntülərdən məlum olur ki, zərbənin gücündən körpünün dəmir boru səddi birbaşa maşının kapotundan girərək ön hissəni və mühərrik bölməsini tamamilə deşib, salonun istiqamətinə daxil olub.

Qəza zamanı avtomobilin təhlükəsizlik yastıqları açılıb, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Qəza nəticəsində ağır yaralıların olduğu bildirilir.

Faktla bağlı müvafiq araşdırmalar aparılır. (Nocomment.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.