İdman

Ronaldodan gözlənilməz qərar

4 Oktyabr 2026 18:20
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Migel Pereyra məlumat paylaşıb.

Onun sözlərinə görə, təcrübəli futbolçunun düşərgəsi, Jorje Jezus və Portuqaliya Futbol Federasiyası arasında artıq lazımi təmaslar qurulub və tərəflər arasında razılıq əldə olunub.

Qeyd olunur ki, 41 yaşlı hücumçu karyerasındakı 1000-ci qolunu məhz Portuqaliya millisinin heyətində vurmaqda qərarlıdır. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.