Mədəniyyət

“Səhranın bəyaz günəşi”nin Qara Abdullası vəfat edib

27 Aprel 2021 14:22
Baxış: 1 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış gürcü aktyoru Kaxa Kavsadze 85 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rustaveli Teatrı məlumat yayıb.

Qeyd edək ki, ötən ilin noyabrında COVID-19 diaqnozu qoyulan aktyorda ikitərəfli pnevmoniya aşkarlanıb. Bir müddət öncə o müalicə alması üçün Tbilisidə Birinci Universitet Klinikasına yerləşdirilib.

Xatırladaq ki, 1935-ci ildə anadan olan aktyor 1959-cu ildə Şota Rustaveli Teatr İnstitutundan məzun olub. Onun film debütünü 1950-ci illərdə edib. Bir sıra teatr tamaşalarında və filmlərdə rollar alan K. Kavsadze tamaşaçıların yaddaşında daha çox "Səhranın bəyaz günəşi" filmində canlandırdığı Qara Abdulla obrazı ilə qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.