Mədəniyyət

Azərbaycanlı aktyor xanımından yazdı - "Səni nə qədər sevdiyimi dilə gətirmirəm ki..."

3 İyun 2020 17:54
0 Şərh     Baxış: 3 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Cavidan Novruz instaqram hesabında həyat yoldaşını doğum günü münasibətiylə təbrik edib.

Milli.Az xəbər verir ki, şəxsi həyatından adətən danışmamağa üstünlük verən ulduz xanımına ürək sözlərini belə ifadə edib:

"Ad günün mübarək! Hər yeni günün ötən gündən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını arzulayıram sənə. Mehin zatən xoşbəxtsən, amma yenə də arzumu dedim. Səni nə qədər sevdiyimi dilə gətirmirəm ki, adiləşməsin, özün hər şeyi bilirsən, əsas budur".

Məlumat üçün bildirək ki, aktyor bu yaxınlarda "Arzular" adlı yeni serialla tamaşaçıların görüşünə gələcək. Ekran işi iyunun 7-dən etibarən "Xəzər TV"də yayımlanmağa başlayacaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.