Mədəniyyət

Canəli Əkbərovun yubileyi olacaq

3 Mart 2020 17:32
1 Şərh     Baxış: 2 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gecədə xanəndənin həyat və yaradıcılığından söz açılacaq, muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində tanınmış xanəndələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Konserti Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.