Mədəniyyət

“Qış Nağılı 2019” adlı Kids Fashion Show yarışması keçirildi - FOTO

25 Dekabr 2019 18:54
0 Şərh     Baxış: 958
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Pullman Hotels and Resorts" otelində "Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Qış Nağılı 2019" adlı Kids Fashion Show yarışması keçirildi.

Milli.Az xəbər verir ki, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak etdi.  "Qış Kolleksiyası" a həsr olunmuş tədbirdə 70 model və 10modelyer iştirak etdi. Modellərin 40 qız, 30 oğlan idi. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak etdi.

Münsiflər heyətinin sədri ənənəvi olaraq tanınmış modelyer-dizayner Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova idi. Münsiflər heyəti: Sahibkar Qadınlar İctimai Birliyi sədri Zemfira Ağayeva, Xalq artisti Məleykə Əsədova, "Yes" Moda Evinin rəhbəri, modelyer-dizayner Yeganə Sadixova, müğənni Yaşar Yusub, Azerbaijan Best Model 2004-n qalibi İlqar Əliyev, "Buta" körpələr evi, uşaq bağçası rəhbəri Günay Ağamali,  Kids Best Model Azerbaijan qalibi Amira Səfərova.

"Star Kids Group" direktoru Aygün Əliyev: "Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!" 

Ən yaxşıları müxtəlif nominasiyarda mükafatlandırıldı.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.