Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi davam edir

20 Dekabr 2019 16:08
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi davam edir.

Layihə çərçivəsində 29 dekabr saat 19:00-da "Azərbaycan qadın aşıqları" silsiləsindən "Aşıq Pəri məclisi"nin  konserti təqdim olunacaq. Tədbir "Aşıq Pəri məclisi"nin yaradıcısı mərhum şairə Narınc Xatunun yaradıcılığına həsr olunub.

Qeyd edək ki, BMM-nin "Aşıq musiqisi axşamları"  layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Ərtaflı məlumat üçün BMM-nin

Facebook və İnstagram səhifələrini izləyin.

Informasiya dəstəyi - Mədəniyyət kanalı və  Asan radio

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.