İcra başçıları Pirallahıda tamaşaya baxdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Mədəniyyət Sarayında Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Xocalı faciəsinə həsr olunmuş S.Elsevərin "Arzu və Murad" tamaşasını nümayiş etdirib.
Milli.Az xəbər verir ki, tamaşadan öncə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları 366-cı rus moto-atıcı hərbi birləşmələrinin köməyi ilə yer üzündən silinmiş Xocalının işğalı bəşər tarixinin qanlı cinayətlərindəndir: "Heç şübhəsiz ki, tezliklə ədalət zəfər çalacaq, Azərbaycanın işğal olunmuş bütün şəhərləri qaytarılacaqdır. Buna bizim gücümüz və qüdrətimiz də çatır, ölkə başçımızın uğurlu siyasəti və xalqımızın həmrəyliyi sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. O gün çox da uzaqda deyil" .
Xocalının işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyindən, qaçqınlıq şəraitində yaşayan soydaşlarımızın saf hisslərindən, psixoloji və mənəvi durumundan bəhs edən tamaşada əməkdar artist İlham Əsədov, aktyorlar Küşvər Şərifova, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Kərəm Hadızadə, Anar Seyfullayev və Elşən Şıxəliyev iştirak etmişlər. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, rəssamı Elşən Sərxanoğludur.
Nümayiş olunan tamaşa salondakıların göz yaşları və sürəkli alqışları ilə qarşılanmışdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
-
Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
XƏBƏR LENTİ
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)





