Milli Kitab Mükafatının bu ilki qalibi elan edilib. Azadlıq.org saytının xəbərinə görə, yazıçı Pərviz Cəbrayıl 1-ci yerə layiq görülüb.
2-ci mükafatı Məqsəd Nur, 3-cü isə yeri isə Natiq Rəsulzadə və Nəriman Əbdürrəhmanlı bölüşüblər.
Ən yaxşı tərcüməyə görə Kamran Nəzirli mükafatlandırılıb.
Pərviz Cəbrayıl həm də müsabiqənin saytında oxucular arasında keçirilən səsvermədə də birinci olduğu üçün mükafatlandırılıb.
Lakin müsabiqənin nəticəsi ədəbi mühitdə böyük qalmaqal yaradıb. Yazıçı Pərviz Cəbrayılın "Yad dildə" romanının Milli Kitab Mükafatının qalibi seçilməsinə etiraz olaraq Münsiflər Heyətinin 3 üzvü istefa verdiyini bildirib.
Bu barədə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib.
Onun sözlərinə görə, P.Cəbrayıl birinci yerə layiq deyil, onu münsiflər heyətindəki bəzi qruplaşmalar birləşib, sözü bir yerə qoyub qalib ediblər.
"Bu, MKM-ə ziyan vuracaq. Hətta sponsorlar da MKM-i dəstəkləməkdən imtina edə bilər. Mən gələn il MKM-in münsifləri sırasında olmayacam".
Daha iki münsif - parlamentin insan haqları komissiyasının sədri Rəbiyyət Aslanova və Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin də eyni addımı atdığı bildirilir.
Müsabiqənin təşkilatçısı Nigar Köçərli isə sözügedən münsiflərin belə bir addım atması haqda hələ məlumatı olmadığını, onların bunu etməsinə inanmadığını bildirib.
O deyib ki, belə bəyanatlar emosional reaksiya ola bilər. N.Köçərli inanmır ki, P.Cəbrayılın qalib elan edilməsi belə ciddi reaksiya doğura bilər.
O, nəticənin gözlənilməz olmadığını da bildirib. "Mən o əsərə inanırdım, ən azı ilk üçlükdə olacağına inanırdım".
Qeyd edək ki, müsabiqədə ilk onluğa aşağıdakı əsərlər daxil olub və qalib əsər bu onluqdan seçilib:
Aslan Quliyev, "Sonuncu", roman
Azər Abdulla, "Sarı tağ", roman
Etimad Başkeçid, "Kenterberri" silsiləsi, hekayələr
Məqsəd Nur, "Şəhər meri", roman
Mirmehdi Ağaoğlu, "Küləyi dişləyən", hekayə
Nəriman Əbdülrəhmanlı, "Yolsuz", roman
Natella Osmanlı, "Mən axmağam",
Natiq Rəsulzadə, "Xunxarlar", roman (rus dilində)
Pərviz, "Yad dildə", roman
Paşa Qəlbinur, "Qara su", roman
Müsabiqəyə ümumilikdə 112 əsər təqdim olunmuşdu. Birinci yerin qalibinə 3 min, 2-ci yeri tutana 2 min, 3-cü yeri tutana isə 1000 manat pul mükafatı təqdim ediləcək.
Amerika səfirliyi isə ABŞ yazıçısının əsərini ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcümə etmiş müəllifə 1000 manat məbləğində mükafat verəcək.
Münsiflər heyətinin üzvləri:
Yazıçı Afaq Məsud,
yazıçı Çingiz Abdullayev,
ssenarist Rüstəm İbrahimbəyov,
"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı,
kinorejissor Ramiz Fətəliyev,
Xalq şairi Vaqif Səmədoğlu,
BDU-nun professoru Rəbiyyət Aslanova,
"525-ci" qəzetinin baş redaktoru Rəşad Məcid,
"Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı,
aparıcı-jurnalist Nərgiz Cəlilova,
prodüser Balakişi Qasımov,
tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli,
AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev,
Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi,
"Qanun" nəşriyyatının sahibi Şahbaz Xuduoğlu,
kinorejissor Ayaz Salayev
rejissor Mehriban Ələkbərzadə
Mükafatın təsisçısı "Əli və Nino" Nəşriyyat Evidir.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli kitab müsabiqəsinin qalibi açıqlandı, nəticə qalmaqala səbəb oldu
4 İyun 2011 16:17
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
"Həm Rasim Balayevin, həm də Şəfiqə Məmmədovanın burnundan gəlsin"
-
Filarmoniyada W.A.Mozart-ın 270 illiyinə həsr olunmuş konsert baş tutub - FOTO
-
Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib - FOTO
-
Bakıda şam işığında unikal bir konsert - Ştrauss, Çaykovski, Şostakoviçin əfsanəvi valsları ibarət axşam keçiriləcək
-
“Alisa möcüzələr diyarında” müasir səhnə texnologiyaları ilə səhnələşdirilib - FOTO
-
Rauf Abdullayevin vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
Holann ilin ən yaxşısı seçildi
-
Londonda etirazçılar İran səfirliyinin binasındakı bayrağı görün nə ilə əvəzlədilər
-
"Utanmırsan, adam bu qədər eqoist olmaz"
-
"Fənərbaxça" - "Qalatasaray" oyunu sonrası gözlənilməz an
-
Britni bir də ABŞ-də konsert verməyəcək
-
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi açıqlama
-
Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi
-
"Fənərbağça" Türkiyə Superkubokunu qazandı
-
61 yaşlı qadın evinin həyətində ölü tapıldı
-
Gövhər Rzayevanın sözlərinə dəstək oldu: "Xınanı evli qadın yaxar"
-
Masazırda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - VİDEO
-
İranın baş prokuroru etirazçıları ölümlə hədələdi
-
“Mançester Siti” rəqibini darmadağın etdi - 10:1
-
Cici Hadid tanınmaz dərəcədə DƏYİŞDİ - FOTOlar
-
İranda aksiya zamanı idmançı güllənərək öldürüldü
-
Narkotikə görə saxlanılan Can Yamanla bağlı qərar verildi - YENİLƏNİB - FOTO
-
Dünyanın ilk insanabənzər cərrah robotu təqdim edildi - FOTO
-
Zaqatalada minik avtomobili aşdı - ölən var
-
"Dostlarımın corabını da yuyaram"
-
Neymar Arda Gülər haqqında: "Dünyanın ən yaxşı yarımmüdafiəçisidir"
-
Moskva-İrəvan reysində çanta alovlandı - VİDEO
-
“ABŞ xalqı Venesuelanın inkişafından böyük fayda görəcək”
-
Sezen Aksu koronavirusa yoluxdu: Karantindədir!
-
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir





