İran

İranın baş prokuroru etirazçıları ölümlə hədələdi

10 Yanvar 2026 21:17
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə artıq iki həftədir, davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət KİV-i məlumat yayıb.

"Bütün etirazçılar "Allahın düşmənləri" (və ya "mohareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - ölkənin baş prokuroru bildirib.

O, həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər.

Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların mohareb ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.