İdman

Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir

10 Yanvar 2026 19:59
Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın ikinci liqasında (Liqa 2) 18 turdan sonra dördüncü pillədə qərarlaşan "Sent-Etyen" birbaşa elitaya yüksəlmək hədəfindən geri qalır.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, heyətin mövcud məhdudiyyətlərini anlayan klub rəhbərliyi qış transfer pəncərəsindən istifadə edərək müəyyən korrektələr etməyi planlaşdırır. Fransa klubu bu səbəblə Azərbaycanda ilin ən yaxşı futbolçusu seçilmiş sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır.

Klub Liqa 1-ə qayıtmaq əməliyyatına başlayıb, lakin bu plan hələlik istənilən axarda getmir. Tarixində ilk dəfə "Liqa 1"ə yüksəldikdən sonra orada cəmi bir il davam gətirən "Yaşıllar" mövsümün sonunda yenidən elitanı hədəfləyir. Çempionluğun əsas favoriti kimi göstərilən Eyrik Hornelandin komandası isə gözləntilərdən uzaq qalır. Yayda 25 milyon avro xərclənməsinə baxmayaraq, 18 turdan sonra "Troyes"dən 7 xal geri qalan klub dördüncü yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.