Kriminal

Kameraları sındırıb ödəmə terminallarından oğurluq edirmiş

10 Yanvar 2026 18:49
Baxış: 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb.

Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb .

Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.