Rusiya

Moskva-İrəvan reysində çanta alovlandı - VİDEO

10 Yanvar 2026 20:12
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvadan İrəvana uçan təyyarənin göyərtəsində yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "SHOT" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, "FlyOne Armenia"nın 3F324 reysi ilə uçan sərnişinə məxsus şəxsi əşyaları olan çanta enişdən az əvvəl yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, stüardessalar cəld reaksiya verib və yanğını söndürüblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb və təyyarə sağ-salamat İrəvana enib.

İlkin məlumatlara görə, çantadakı "Powerbank" alışıb. Hadisənin təfərrüatları araşdırılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.