Mədəniyyət

Rauf Abdullayevin vəziyyəti açıqlandı

5 Yanvar 2026 19:07
Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur dirijor, professor Rauf Abdullayevin son durumu açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Rauf Abdullayev ambulator müalicə üçün evə buraxılıb:

"Rauf Abdullayev ayağından əməliyyat olunmuşdu. Sözügedən əməliyyatdan sonra yara yerində infeksiya müşahidə edilmişdi, şəkəri və arterial təzyiqi çox yüksək idi. Bakı Sağlamlıq Mərkəzində müalicələri aparıldı, infeksiyanın qarşısı alındı. Səhhəti yaxşılaşdı və bundan sonra Reabilitasiya Mərkəzinə göndərildi. Artıq vəziyyəti yaxşı olduğuna görə bir müddət öncə ambulator müalicə üçün evə buraxılıb".

Xatırladaq ki, oktyabrın 28-də Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətləri ilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.