"Kəpəz" TV-nin filmi mükafat aldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kəpəz" TV-nin istehsalı olan film "Qızıl Pəri"nin "Xüsusi mükafat"ına layiq görülüb.
Kinoaktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə, audiovizual sahənin (kino və tv) inkişafına kömək, milli-mənəvi dəyərlərin qorunub-saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirmək məqsədilə təsis olunan "Qızıl Pəri" mükafatının nəticələri bəlli olub. Bu münasibətlə Xəzər Universitetinin konsert zalında mükafatlandırma mərasimi keçirilib.
Dünya kinosunun 120-ci ildönümünə təsadüf edən tədbirdə təqdim olunan 187 əsər üzrə seçimlərin nəticəsi bəlli olub.
Şahirə Tacəddin - Təşkilat komitəsinin sədri: "Bu müsabiqə Azərbaycanda ilk dəfədir ki, keçirilir. Bu gün burada 5 il ərzində 18 nominasiyada ərsəyə gəlmiş filmlərin müsabiqəsi keçirilir".
Müsabiqənin nəticələrinə görə, ən yaxşı prodüser mükafatı "Nabat" filminə görə Müşviq Hətəmova, "ən yaxşı qısametrajlı bədii film" mükafatı "Zabit şərəfi" filminə görə rejissor Vüqar İslamzadəyə, "sənədli filmdə ən yaxşı rejissor işi" mükafatı "Əriyən ada" filminə görə Fariz Əhmədova, "ən yaxşı televiziya filmi" "Unudulmuş partizan" filminə görə rejissor Tahir Əliyevə, "ən yaxşı cizgi filmi" mükafatı "Köhnə saat" filminə görə rejissor Cavid Əhədova təqdim olunub.
Kəpəz TV (Region TV) xəbər verir ki, müsabiqədə "Difai" filmi ilə iştirak edən "Kəpəz" televiziyasının nümayəndələrinə "Qızıl Pərinin" "Ən yaxşı televiziya filmi" nominasiyasının "Xüsusi mükafat"ı təqdim edilib.
Çinarə Əliyeva - "Difai" TV filminin rejissoru: "187 film arasından bu gün burada "Difai"nin seçilməsi, təbii ki, böyük uğur idi".
Ayaz Hüseynov - "Difai" TV filminin ssenari müəllifi: "Mənə elə gəlir ki, digər filmlər arasından məhz "Difai"nin seçilməsi ona görə labüd idi ki, bu filmdə əsasən gənclərə milli vətənpərvərlik hisslərini aşılamağa çalışmışıq. Bu, təbii ki, tək bizim yox, bu filmdə çalışan komandanın əziyyəti ilə başa gələn ekran əsəridir, buna görə hər kəsə təşəkkürümü bildirirəm".
Müsabiqənin "ən yaxşı operator işi" mükafatı "Dolu" filminə görə Nadir Mehdiyevə, "ən yaxşı rəssam işi" mükafatı "Sübhün səfiri" filminə görə Rafis İsmayılova, "ən yaxşı orijinal ssenari" mükafatı "İlahi məxluq" filminə görə Yavər Rzayevə, "ən yaxşı orijinal musiqi" mükafatı isə yenə də "Sübhün səfiri" filminə görə Cavanşir Quliyevə təqdim edilib. "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyası üzrə isə iki aktyor - "Aktrisa" filmindəki roluna görə Fuad Poladov və "Axınla aşağı" filmindəki roluna görə Namiq Ağayev - mükafatlandırılıb. "Ən yaxşı qadın rolunun ifaçısı" mükafatının sahibi isə "Yarımçıq xatirə" filmindəki roluna görə Gülzar Qurbanova olub. Müsabiqənin "ən yaxşı televiziya serialı" mükafatı "Pərvanələrin rəqsi" serialına görə rejissor Rövşən İsaxa, "ən yaxşı sənədli film" mükafatı "Balaban" filminə görə Nizami Abbasa, "ən yaxşı tammetrajlı debüt bədii film" mükafatı "Axınla aşağı" filminə görə rejissor Asif Rüstəmova, "ən yaxşı bədii film" mükafatı isə "Nabat" filminə görə rejissor Elçin Musaoğluna təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüşü söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir





